Gündəm Bugün, 13:01

İlham Əliyev: “İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub”



“Sülh əldə olunduqdan sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı”.

Planetinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.


“Bu günədək Azərbaycanın ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Azərbaycan daha da irəli gedərək ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel tədarükünə başlayıb və bununla da ticarət əlaqələrinin əsasını qoyub. İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub”, - dövlət başçısı qeyd edib.

Xəbər lenti