Gündəm Bugün, 14:39

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”



Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Ermənistan arasında sülhün dayanıqlı olacağına ümid etdiyini bildirib.

Planetinfo.az xəbər verir ki, Zelenski bunu İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində çıxışı zamanı deyib.


“Əlbəttə, mən bundan başlamalıyam. Bu, çox vacibdir. Biz Ermənistan və Azərbaycana yalnız sülh arzulayırıq. Əlbəttə, dayanıqlı, hərtərəfli və uzunmüddətli sülh. Biz bunu sizə, cənab Baş nazir, Azərbaycan Prezidenti İlham Əliyevə və hər iki xalqınıza arzulayırıq”, - deyə Zelenski bildirib.


Ukrayna lideri qeyd edib ki, regionda sülh və sabitlik bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır.

Xəbər lenti