Gündəm Bugün, 18:10

Hamiləlikdə dişlər niyə tökülür? - Məşhur mif dağıldı



Hamiləlik zamanı dişlərin sürətlə xarab olmasını çox vaxt bətndəki körpənin anadan kalsium “oğurlaması” ilə əlaqələndirirlər. Lakin ekspert Veronika Sidorkoviç bu məşhur inancın əsassız olduğunu və real səbəblərin tamamilə fərqli olduğunu açıqlayıb.

Planetinfo.az xəbər verir ki, mütəxəssis diş emalının qana kalsium ötürmək kimi bir funksiyasının olmadığını, orqanizmdə formalaşmış dişdən kalsiumu çıxarıb dölə yönləndirəcək hər hansı bioloji mexanizmin mövcud olmadığını bildirib.

Sidorkoviç vurğulayıb ki, hamilə qadınların dişlərini məhv edən "ac döl" deyil, ağız boşluğunda yaranan aqressiv kimyəvi mühitdir.

Hormonal dəyişikliklər tüpürcəyin pH balansını turşuluğa doğru dəyişir, qoruyucu fosfat və kalsiumun konsentrasiyası isə aşağı düşür. Bu təbii müdafiənin zəifləməsi fonunda toksikoz zamanı yaranan qusma və turşu diş emalının birbaşa kimyəvi aşınmasına, yəni eroziyasına yol açır. Üstəlik, yorğunluq səbəbindən diş gigiyenasına laqeyd yanaşılması və tez-tez edilən qəlyanaltılar dişlərin sürətlə çürüməsinə və tökülməsinə səbəb olur.

Ekspertin fikrincə, bu proseslər tamamilə fizioloji xarakter daşıyır və düzgün qulluqla qarşısı alına bilər.

Xəbər lenti