Gündəm / Siyasət / Dünya Bugün, 18:44

Dünya təşvişdə: “Qiyamət” radiosu işə düşdü - Şifrəli mesajın mənası nədir?



Dünyanın ən sirli radio dalğalarından biri hesab olunan və “Qiyamət günü" radiosu kimi tanınan UVB-76 (The Buzzer) uzun müddətlik səssizlikdən sonra yenidən aktivləşib.

Planetinfo.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 loqi” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, mayın 4-də radiostansiyanın efirində yeni şifrəli mesaj ötürülüb.

Radiohəvəskarların diqqətini çəkən əsas məqam isə mesajda işlədilən “plavbaza” (üzən baza) sözü olub. Qeyd olunur ki, stansiya fəaliyyət göstərdiyi onilliklər ərzində ilk dəfədir belə məzmunlu mesaj yayımlayır. Bundan əvvəlki sonuncu aktivlik aprelin 30-da qeydə alınmışdı.

1976-cı ildən bəri qısa dalğalarda yayımlanan bu stansiya radiohəvəskarlar arasında “Vıyıldayan” (The Buzzer) kimi tanınır. Buna səbəb efirdə daim hökm sürən xarakterik vıyıldama və küy səsləridir.

Məxfi obyekt tərəfindən ötürülən hər yeni şifrə dünyada baş verən geosiyasi gərginliklərlə əlaqələndirilir və böyük narahatlıqla qarşılanır.

Xəbər lenti