Gündəm Dün, 22:00

Daimi yorğunluğun səbəbi tapıldı - Qadınlarda daha çox rast gəlinir



Mütəxəssislər gündəlik həyatda tez-tez rast gəlinən yorğunluq və ürək döyüntüsü kimi halların səbəbini müəyyənləşdirib.

Planetinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Sevda Yılmazın sözlərinə görə, bunlara səbəb dəmir çatışmazlığıdır.

O bildirib ki, bu problem sadə bir qan analizi ilə diaqnoz edilə bilər və müvafiq müalicə ilə sürətlə yaxşılaşmaq mümkündür:

“Dəmir toxumalara oksigen daşınmasını təmin edir. Onun çatışmazlığı zamanı bədən kifayət qədər oksigenlə təmin oluna bilmir və bu, xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Zəiflik, ürək döyüntüsü, nəfəs darlığı, diqqəti cəmləməkdə çətinlik və asanlıqla yorulmaq ən çox rast gəlinən simptomlardır. Xəstələr adətən bu şikayətləri yaş, stress və ya çətin iş qrafiki ilə əlaqələndirirlər. Lakin əsas səbəb çox vaxt müalicə edilə bilən dəmir çatışmazlığıdır”.

Mütəxəssis vurğulayıb ki, dəmir çatışmazlığı xüsusilə qadınlarda geniş yayılıb: “Bəzi xəstələrdə mədə və bağırsaqlardan gizli qan itkisi dəmir çatışmazlığına səbəb ola bilər. Bu xəstələrdə əlavə müayinələr müalicənin vacib hissəsidir”.

Xəbər lenti