Gündəm / Dünya Bugün, 18:38

Mertslə bağlı sərt çağırış: Onu təqaüdə göndərin!



Almaniyada “Sara Vaqenknext İttifaqı - Ağıl və Ədalət üçün” partiyasının lideri Sara Vaqenknext kansler Fridrix Mertsi sərt tənqid edib və onun “təqaüdə göndərilməli” olduğunu bildirib.

Siyasətçi bu çağırışı “X” sosial şəbəkəsində edib.

Vaqenknextin sözlərinə görə, şərqi almanlar Mertsin “dağıdıcı siyasətini” dayandıra bilər. O qeyd edib ki, regionda partiyalarüstü bir baş nazirin hakimiyyətə gəlməsi Mertsin siyasi sonunu gətirə bilər.

O, Almaniyada sənaye müəssisələrinin ölkəni tərk etdiyini, iflasların artdığını və yüz minlərlə yüksək maaşlı iş yerinin risk altında olduğunu iddia edib. Siyasətçinin fikrincə, federal hökumət xərclərin azaldılmasını müzakirə etdiyi halda vətəndaşların vəziyyəti pisləşir.

Vaqenknext həmçinin hökuməti Ukraynaya yardımı davam etdirməkdə ittiham edib.

Xəbər lenti