Gündəm Bugün, 14:11

Bakıda 20 yaşlı oğlan qəfil öldü



Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib.

Hadisə ötən gecə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilib.

Araşdırma aparılır./"Qafqazinfo"

Xəbər lenti