Gündəm / Dünya Dün, 23:59

Türkiyədə bir həftəlik istirahət su qiymətinə oldu - Ruslar üçün



Türkiyənin Egey sahilindəki bəzi otellər adambaşına 40.000 rubldan (təxminən 860 manat) başlayan qiymətlərlə həftəlik qonaqlama təklif edir.

Bu təkliflər “TourDom” portalında məlumat yerləşdirilib.

Marmarisdəki üçulduzlu “Reis Maris” otelində yerləşmə və 26 iyulda Moskvadan yola düşmə ilə bir həftəlik tur iki nəfər üçün təxminən 80.000 rubla başa gələcək. 24 iyulda yola düşən və eyni kurortda üçulduzlu “Mert Seaside Hotel Adults Only”də qalma ilə bir tur bir qədər bahadır, iki nəfər üçün 90.000 rubldan (təxminən 1900 manat) başlayır.

Kuşadasında büdcə variantları da mövcuddur. 23 iyulda yola düşən və sahil kənarında yerləşən dördulduzlu “Scala Nuova Beach Hotel”də yerləşmə ilə birlikdə tur iki nəfər üçün 100.000 rubla (təxminən 2150 manat)başa gəlir. Bu qiymətə səhər yeməyi daxildir.

Xəbər lenti