Gündəm / Dünya Dün, 23:15

“Dubai Mall"da geyim qadağası



Dubaydakı məşhur və dünyanın ən böyük ticarət mərkəzi "Dubai Mall" yay mövsümü ilə əlaqədar ziyarətçilər üçün geyim qaydalarını yeniləyib.

Ticarət mərkəzi qonaqlara BƏƏ-nin yerli adət-ənənələrinə və mədəni dəyərlərinə hörmət əlaməti olaraq ictimai məkanlarda daha qapalı və səliqəli geyimlər seçməyi tövsiyə edib.

Bildirilib ki, bu addım ailəvi mühitin qorunmasına, həm turistlər, həm də yerli sakinlər üçün rahat və xoş atmosferin yaradılmasına xidmət edir.

Qeyd olunub ki, Dubay beynəlxalq və tolerant şəhər kimi tanınsa da, alış-veriş mərkəzlərində, ənənəvi məhəllələrdə, ibadət və dövlət binalarında çimərlik geyimləri və həddindən artıq açıq paltarlar uyğun hesab edilmir. Çimərlik geyimlərindən yalnız çimərliklərdə və hotel hovuzlarının ərazisində istifadə olunması tövsiyə edilir.

Məlumatda vurğulanıb ki, yerli geyim qaydalarına riayət etmək turistlərin şəhərdə daha rahat və hörmət çərçivəsində istirahət etməsinə kömək edir.

Xəbər lenti