Gündəm Dün, 23:10

Dərmansız təzyiqi qaldırmağın üç sadə yolu açıqlandı



Aşağı arterial təzyiq halsızlıq, başgicəllənmə və ümumi vəziyyətin pisləşməsinə səbəb ola bilər. Bu problemi heç bir dərman preparatı qəbul etmədən də həll etmək mümkündür.

Həkim Denis Prokofyev dərmanlardan istifadə etmədən təzyiqi müvəqqəti yüksəltməyə kömək edən sadə üsulları açıqlayıb.

Həkimin sözlərinə görə, təzyiqi artırmaq üçün ilk növbədə qidada duzun miqdarını bir qədər artırmaq, ikinci olaraq isə qəhvə və digər kofein tərkibli içkilərdən istifadə etmək olar. O bildirib ki, tünd şokolad da tərkibindəki maddələr sayəsində arterial təzyiqə müsbət təsir göstərə bilər.

Bununla yanaşı, mütəxəssis bu üsullardan həddindən artıq istifadə etməyin sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, aşağı təzyiq tez-tez təkrarlanırsa, bunun səbəbi mütləq araşdırılmalıdır.

Xəbər lenti