İsraildə minik avtomobilinin avtodaşıyıcının qarşısını kəsməsi nəticəsində onun daşıdığı iki "Jaecoo" markalı krossover yola aşıb.
Hadisənin görüntüləri "RU_CHP" Teleqram kanalı tərəfindən paylaşılıb.
"Əgər avtodaşıyıcının qarşısını kəsməyi düşünürsünüzsə, nəticələrini də nəzərə alın. Nəticəni burada görmək olar. Hadisə İsraildə baş verib, görüntülər isə bu gün yayımlanıb", – paylaşımda qeyd olunub.
Kadrlardan görünür ki, minik avtomobilinin sürücüsü sağ tərəfdən zolağa daxil olaraq avtodaşıyıcının qarşısını kəsib. Bunun nəticəsində avtodaşıyıcının sürücüsü əyləci bassa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb. Zərbədən sonra minik avtomobili sola doğru atılıb.
Tormuzlama səbəbindən avtodaşıyıcının daşıdığı iki Çin istehsalı "Jaecoo" krossoveri hərəkətə gələrək kabinin qarşısına yolun hərəkət hissəsinə düşüb. Avtomobillər aşaraq təkərləri yuxarı vəziyyətdə asfaltın üzərində qalıb.