Avropada may ayından başlayan rekord istilər quraqlıq və meşə yanğınları riskini artırıb.
“Copernicus”un eksperti Samanta Burqes Qərbi Avropada bu yayın tarixdə ən isti yay olmaq ehtimalının çox yüksək olduğunu bildirib.
Fransa, İngiltərə, Almaniya, İspaniya, Belçika və digər ölkələrdə temperatur uzunmüddətli orta göstəricidən 3 dərəcədən çox yüksək olub. Bəzi ərazilərdə 1979-cu ildən bəri müşahidə olunan ən böyük quraqlıq qeydə alınıb.
Mütəxəssislər həmçinin güclənən El-Ninyo (Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının temperatur qərarsızlığı - red.) dırsəbəbindən 2027-ci ilin dünyanın ən isti ili ola biləcəyini proqnozlaşdırırlar. "Berkeley Earth" hesablamalarına görə isə 2026-cı ilin rekord isti il olma ehtimalı 69 faizdir.