Argentina millisinə sentyabr ayında Çində yoldaşlıq oyunu təklif olunmuşdu.
Çin təşkilatçılarının ilkin təklifi rədd edilib, çünki onlar Lionel Messinin məcburi iştirakında israr edirdilər.
“ESPN Argentina”nın məlumatına görə, danışıqlar bərpa olunub, baxmayaraq ki, Messinin iştirakı hələ də qeyri-müəyyəndir. 39 yaşlı futbolçunun 2026-cı il Dünya Kubokundan sonra beynəlxalq futboldan təqaüdə çıxmağı düşündüyü bildirilir.
Argentinanın sentyabrın 30-da Çində Özbəkistanla yoldaşlıq oyunu keçirməsi gözlənilir. İkinci potensial rəqib hələ müəyyənləşməyib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatında Argentina millisi finalda İspaniyaya əlavə vaxtda uduzmuşdu (0:1).