Gündəm / Dünya 4-10-2026, 10:10

Mənzil böhranı Madridi qarışdırdı - Kütləvi etiraz aksiyası başladı



Mənzil böhranı səbəbindən Madriddə təxminən 70 min nəfər etiraz aksiyasına qoşulub.

Bu barədə “RİA Novosti”nin müxbiri məlumat yayıb.

Etiraz dalğasına səbəb sentyabr ayında Madridin 87 yaşlı sakininin evdən çıxarılması olub. Bu, kirayəçilərin hüquqları uğrunda mübarizənin simvoluna çevrilib. Hərəkat çadır düşərgələrinin qurulmasına və ölkə daxilində miqyaslı aksiyalara gətirib çıxarıb.

Nümayişlərin yeni dalğası parlamentin mənzil problemlərinin həllinə yönəlmiş hökumət qərarlarını rədd etmək qərarından sonra baş verib. Madriddə etirazçılar ümumi tətilə hazırlıq şüarları ilə Sibeles meydanına doğru yürüş ediblər.

Xəbər lenti