Gündəm / Siyasət 11-09-2026, 20:00

İlham Əliyev sərəncam imzaladı



Azərbaycanda azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması və biznes imkanlarının genişləndirilməsi məqsədilə 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək və icra vəziyyəti barədə ildə bir dəfə ölkə Prezidentinə məlumat verəcək.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti