Gündəm / Siyasət / Dünya 12-09-2026, 20:45

İran ABŞ-a yeddi şərt təqdim etdi - Detallar açıqlanmır



İran Hörmüz boğazının açılması üçün vasitəçilər vasitəsilə Amerika tərəfinə yeddi şərt təqdim edib.

Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadla yazıb.

“İran vasitəçilər vasitəsilə Amerika tərəfinə onun açılması üçün yeddi şərt ötürüb. İslam Respublikasının ali rəhbərliyi tərəfindən bəyənilən bu yeddi şərt yerinə yetirilməyənə qədər boğaz bağlı qalacaq”, - deyə nəşrdə qey olunub.

Mənbə vurğulayıb ki, İran və Oman arasında tranzit marşrutu və şərtləri üzrə əldə olunmuş razılaşma Hörmüz boğazının açılması demək deyil.

Sentyabrın 6-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai həmin marşrutun gəmiçilik üçün tamamilə bağlandığını bəyan edib.

Onun sözlərinə görə, İran hərbçiləri Hörmüz boğazından keçməyə cəhd edən kontrabanda neft daşıyan Amerika gəmilərini atəşə tutur, lakin regionun ekologiyasına zərər vurmaq istəmədikləri üçün onları batırmırlar.

Xəbər lenti