Gündəm / Siyasət 14-09-2026, 18:11

Moskva Kiyevin bu çağırışını alqışladı



Rusiya Ukraynanın mülki iqtisadi infrastruktura hücumları dayandırması ilə bağlı istənilən çağırışını alqışlayır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp dizel yanacağı çatışmazlığını Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları ilə əlaqələndirmiş və Vladimir Zelenskidən Rusiyanın dizel istehsal edən zavodlarına hücumları dayandırmasını tələb etmişdi.

Peskov jurnalistlərə Kremlin Trampın Zelenskinin dizel istehsal edən infrastrukturu vurmaqdan çəkinməsi xahişinin Ukrayna münaqişəsinin həlli istiqamətində müsbət addım olub-olmadığına dair sualı cavablandırarkən bildirib:

“Əlbəttə ki, Kiyevin dinc iqtisadi infrastruktura hücumları dayandırması üçün hər hansı bir çağırışını yalnız alqışlamaq olar".

Xəbər lenti