Gündəm / Dünya 14-09-2026, 23:15

Təyyarədə şok hadisə: Qadın sərnişin soyundu və...



ABŞ-da Baltimordan Mayamiyə uçan “American Airlines” təyyarəsində qeyri-adi hadisə baş verib.

Bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, təyyarə Floridaya doğru hərəkət edərkən qadın sərnişin digər sərnişinlərin gözü qarşısında soyunaraq qeyri-etik hərəkətlər sərgiləyib.

Hadisə barədə aviaşirkətin əməliyyat mərkəzinə məlumat verilərək hüquq-mühafizə orqanlarından yardım istənilib. Təyyarə Mayamiyə endikdən sonra polis əməkdaşları qadını saxlayıb.

Kabin heyətinin uçuş zamanı sərnişini nəzarətdə saxlamaq üçün hansı tədbirləri gördüyü isə açıqlanmayıb.

Xəbər lenti