Gündəm / Siyasət Dün, 23:05

Berlin həyəcan təbili çaldı: Rusiya Almaniyanı hədəfdə saxlayır



Almaniya Rusiyanın hibrid hücumlarının hədəfi olmaqda davam edəcək.

Bunu Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.

Onun sözlərinə görə, kansler Fridrix Mertsin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında Rusiyanın hibrid hücumları da daxil olmaqla, müxtəlif təhlükəsizlik təhdidləri müzakirə edilib.

İclasda casusluğa qarşı yeni tədbirlərin görülməsi, həmçinin kritik infrastrukturun qorunmasının gücləndirilməsi qərara alınıb.

Kornelius qeyd edib ki, avqustun 4-də Leypsiqdə baş verən və Rusiyadan qaynaqlandığı bildirilən hibrid hücum cəhdindən sonra bu cür təhdidlər yenidən geniş şəkildə qiymətləndirilib.

Xəbər lenti