Gündəm / Siyasət / Dünya Dün, 18:50

Tramp canlı tədbirdə "Nvidia" rəhbərinə zəng vurdu: Bunu necə bacarmırsan?



ABŞ-ın texnologiya nəhəngi "Nvidia" şirkətinin rəhbəri Jensen Xuanq Los-Ancelesdə keçirilən All-In sammitində çıxış edərkən gözlənilməz telefon zəngi alıb. Zəng edən ABŞ prezidenti Donald Tramp olub.
Çıxışın ortasında köməkçi Xuanqın yanına telefonla yaxınlaşıb. Sessiyanın aparıcısı bunun əvvəlcədən planlaşdırılmadığını bildirib. Xuanq isə Trampa auditoriya qarşısında olduğunu və onun haqqında danışdıqlarını deyərək telefonu səsgücləndirici rejimə necə keçirəcəyini soruşub. Bundan bir qədər sonra telefonun mikrofonu ona yaxınlaşdırılıb.

Tramp isə zarafatla Xuanqın mürəkkəb çiplər hazırlaya bildiyini, lakin telefonda səsgücləndirici rejimi aktivləşdirə bilmədiyini deyib.

Söhbət daha sonra süni intellektin tənzimlənməsi məsələsinə keçib. Tramp iri texnolaogiya şirkətlərinin süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqları ilə razılaşmayıb və bu müzakirələri Çinin maraqlarına xidmət edən “sui-qəsd” adlandırıb.

ABŞ prezidenti süni intellektin bəşəriyyəti ələ keçirəcəyi və robotların dünyanı zəbt edəcəyi ilə bağlı fikirləri də rədd edib. Bununla belə, o, texnologiyanın inkişafında ehtiyatlı və ölçülü davranmağın vacibliyini vurğulayıb.

Xəbər lenti