Gündəm / İqtisadiyyat / Dünya Dün, 23:30

Almaniyada benzinin qiyməti durmadan artır - REKORD



Almaniyada avtomobil yanacağı yenidən rekord həddə bahalaşıb. Ölkədə bioetanolun payının 10 faizə qədər olduğu "E10" markalı benzinin qiyməti tarixi maksimumu yeniləyib.

Sentyabrın 14-də Almaniyadakı yanacaqdoldurma məntəqələrində "E10" benzininin orta qiyməti bir litr üçün 2,28 avro təşkil edib. Bu, sentyabrın 13-də qeydə alınan əvvəlki rekord göstəricidən 1 sent çoxdur.

Həmin tarixdə dizelin orta qiyməti isə litr üçün 2,41 avro olub. Bununla belə, dizelin qiyməti hələlik tarixi maksimuma çatmayıb.

Almaniya və ümumilikdə Avropada yanacağın son günlərdə bahalaşması Bab-əl-Məndəb boğazı ətrafında vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.

Xəbər lenti