ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpini qarşılaması zamanı çəkilən foto diqqət çəkib.
Merilend ştatındakı Endryus aviabazasında baş tutan görüş zamanı Trampın üz ifadəsi mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntüdə Trampın gözlərini yumaraq üzünü turşutduğu, Si Cinpinin isə sakit və təmkinli dayandığı görünür.
İddialara görə, ABŞ prezidentinin bu reaksiyasına strateji B-1 Lancer bombardmançısının uçuşu zamanı yaranan yüksək səs səbəb olub.
Tramp ABŞ-a gələn Si Cinpini təyyarənin trapında qarşılayıb. Qarşılama mərasimi üçün qırmızı xalça sərilib, onun hər iki tərəfində ABŞ hərbçiləri və Çin nümayəndə heyətinin üzvləri düzülüb.
Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi keçirilir.