Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan dairəsində yerləşən Darazinda yaşayış məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
BU barədə “Dawn” qəzeti məlumat yayıb.
Son məlumatlara görə, hücum nəticədə 35 nəfərdən çox adam yaralanıb.
Müəyyən edilib ki, cinayətkar partlayıcı ilə doldurulmuş traktor qoşqusunu “Aman-Mela” blokpostuna sürüb. Partlayış binanın və qonşu tikililərin əhəmiyyətli hissəsinin uçmasına səbəb olub.
Son məlumatda bildirilib ki, xilasetmə işləri hələ başa çatmayıb.
Pakistanındakı partlayış barədə şənbə günü, sentyabrın 26-da “Reuters” agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Həmin vaxt 11 nəfərin öldüyü məlum idi.
Nəşrin məlumatına görə, Xeybər-Paxtunxva əyalətində son aylarda terrorçuluq fəaliyyətinin artması qeydə alınır. Belə ki, yalnız avqust ayında bölgədə 54 terror hücumu baş verib.