Gündəm / Hadisə Bugün, 22:15

Kəngərlidə ölümlə nəticələnən yol qəzası baş verdi



Kəngərlidə avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti