ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı hərbi əməliyyat ehtimalını rədd edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Düşünmürəm ki, bizə hərbçilər lazım olacaq”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərə adaya qarşı “hərbi əməliyyatlar planı” ilə bağlı suala cavab olaraq bildirib.
Bir gün əvvəl CBS telekanalı hərbçilərin daxili sənədinə və mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ quru qoşunlarının ehtiyat qüvvələri bir neçə ay ərzində Cənub Komandanlığının sərəncamına bir sıra dəstək bölmələri göndərmək imkanını qiymətləndirir ki, bu da Kubaya qarşı hərbi əməliyyatın planlaşdırılması ilə əlaqədar ola bilər.