Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropadakı bəzi dairələrə Kalininqrad vilayətinin blokadaya alınmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Peskov Rusiyanın Polşa və digər Avropa ölkələrindən Kalininqradla bağlı kifayət qədər sərt və aqressiv bəyanatlar eşitdiyini deyib.
“Tamamilə təbiidir ki, diplomatlarımız Avropadakı qaynar başlara bununla bağlı normativ sənədlərimizi xatırlatmağa çalışırlar”, - Kremlin sözçüsü bildirib.
O qeyd edib ki, Kalininqradın blokadasına mümkün nüvə cavabı Rusiyanın müvafiq normativ sənədlərində nəzərdə tutulub.