"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq erkən evlilik sayılacaq.