İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Bu barədə "Xinhua" ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, xilasetmə komandaları itkin düşən 57 nəfərin axtarışlarını davam etdirir. Daha 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə olunub.
Göyərtəsində 243 sərnişinin olduğu "Virgo Transport 8" gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraiti səbəbindən sentyabrın 13-də gəmi ilə əlaqə kəsilib.
Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyunca aşkar edərək çıxarıblar.