Gündəm 1-10-2026, 18:30

Eldəniz Məmmədov magistraturaya qəbul oldu



Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub.

Ifaçı bu barədə "Qonacanlı" verilişində deyib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:

"Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".

Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.

Xəbər lenti