Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” neft şirkətinin obyektinə zərbə endiriblər.
Bu barədə yəmənli husilərin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Saria özünün “Telegram” kanalında məlumat verib.
“Yəmən silahlı qüvvələri Ər-Riyadda “Aramco” şirkətinin obyektinə bir sıra ballistik raketlər və PUA-lardan istifadə etməklə keyfiyyətli hərbi əməliyyat həyata keçirib”, – o bildirib.
Onun sözlərinə görə, əməliyyat uğurla keçib, raket və dron zərbələri obyektdə çoxsaylı yanğınlara səbəb olub.
Bundan əvvəl Ər-Riyadda “Aramco” şirkətinin neft obyektində yanğın başlamışdı. Ölkə hakimiyyəti və şirkət yanğınla bağlı məlumatı təsdiqləməyiblər, yanğının səbəbləri dəqiqləşdirilməyib.