Gündəm / İdman 8-11-2026, 14:30

40 ildən sonra antirekordu təkrarladılar





"Mançester Yunayted" 40 ildən sonra antirekordunu təkrarlayıb.

Bu, "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasında elitanı tərk etmə zonasına düşməsi ilə bağlıdır.

Hazırda yeddi xalı olan komanda 18-ci yerdə qərarlaşıb. Mançester təmsilçisi birbaşa liqanı tərk etmə zonasındadır.

Klub sonuncu dəfə 1986-cı ilin noyabrında turnir cədvəlinin son üç pilləsində yer alıb. Həmin vaxt "Mançester Yunayted" 21-ci sırada olub.

Xatırladaq ki, "qırmızı şeytanlar" bu gün Bakı vaxtı ilə saat 20:30-da "Aston Villa" ilə üz-üzə gələcək.

Xəbər lenti