Almaniya ordusu daha çox gəncin diqqətini cəlb etmək məqsədilə üzərində Almaniya Silahlı Qüvvələrinin rəsmi “Bundeswehr” loqosu olan suvenir məhsullarının satışına başlayacaq.
Bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.
Bildirilib ki, Almaniya hökuməti Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq çərçivəsində orduya daha çox gənc cəlb etməyə çalışır. Bu məqsədlə “Bundeswehr” üçün xüsusi onlayn mağaza yaradılacaq. Mağazada köynək, fincan və rezin ördək kimi müxtəlif məhsullar satışa çıxarılacaq.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, bu addımın məqsədi ənənəvi reklamların çata bilmədiyi auditoriyaya çıxmaqdır.