Gündəm / Siyasət / Dünya Bugün, 15:00

Xarici ekspertdən XƏBƏRDARLIQ - Yeni silahlanma yarışı qaçılmazdır


Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətinin bitməsi qlobal silahlanma yarışına səbəb olacaq zəncirvari reaksiyaya gətirib çıxarmır.

Planetinfo.az xəbər verir ki, bu sözləri Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimball TASS-a açıqlamasında deyib.

""Silahlanma yarışı 2.0" qaçılmaz deyil. Lakin yeni START Müqaviləsi ilə müəyyən edilmiş məhdudiyyətlər və ya bu məhdudiyyətlərə riayət etməyə davam etmək üçün ikitərəfli razılaşma olmadan ABŞ və Rusiya tərəfindən yerləşdirilən strateji nüvə silahlarının artırılması tamamilə mümkündür və əgər bu başlayarsa, üçtərəfli silahlanma yarışı dövrünü görəcəyik. Bunun baş verib-verməməsi bu üç ölkənin liderlərinin yaxın aylarda nə edib-etməməsindən asılı olacaq", - deyə ekspert bildirib.

Kimball etiraf edib ki, ABŞ Prezidenti Donald Tramp ilə hazırkı Rusiya hökuməti arasında strateji sabitlik üzrə real danışıqlar hələ aparılmayıb. Ekspert qeyd edib ki, Alyaska sammitindən bəri heç bir real danışıqlar olmayıb və Trampın Çini də əhatə edəcək daha yaxşı bir razılaşma əldə etmək istəyinə baxmayaraq, hələ də ABŞ-nin bu danışıqlarda iştirak etmək təklifi yoxdur.

Qeyd edək ki, nüvə silahlarının yerləşdirilməsinə dair son beynəlxalq hüquqi məhdudiyyət olan Strateji Silahların Azaldılması Müqaviləsi (START) fevralın 5-də başa çatıb.

Xəbər lenti