Qərb ölkələri Cənubi Qafqaz regionunda təsirlərini gücləndirməyə çalışırlar.
Planetinfo.az xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.
Mərkəzi Asiyadan danışan Qərargah rəisi Əfqanıstanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq ekstremist və terrorçu qrupların regionda sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayıb.
Serdyukovun sözlərinə görə, bu, terrorizmin qonşu ərazilərə ixracı üçün real təhlükə yaradır.
KTMT-nin Birgə Qərargahının rəhbəri yekunda bildirib ki, təşkilatın məsuliyyət zonasında vəziyyət gərgin və gözlənilməzdir. Münaqişə potensialı arta bilər.