Gündəm / Dünya
Bugün, 16:15
Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinə daxil olması mümkün deyil - Xristodulides
"Volodimir Zelenskinin tələb etdiyi kimi, Ukraynanın 2027-ci ilin əvvəlinə qədər Avropa Birliyinə daxil olması mümkün deyil".
Planetinfo.az xəbər verir ki, bu fikirləri Cənubi Kipr Prezidenti Nikos Xristodulides "Le Monde" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ bütün ölkələr üçün tədricən üzvlük sistemi yaratmalıdır ki, bu da onlara Aİ dəyərlərinə sadiqliklərindən və öz üstünlüklərindən asılı olaraq vahid bazara sonra isə ortaq kənd təsərrüfatı siyasətinə qoşulmağa imkan versin.