Gündəm / Hadisə Bugün, 16:15

51 yaşlı blogger faciəvi şəkildə vəfat etdi


51 yaşlı filippinli blogger Emma Amit zəhərli xərçəng yedikdən sonra ölüb.

Planetinfo.az xəbər verir ki, blogger nadir dəniz məhsulunu yedikdən sonra zəhərli qarışıq onun qan dövranına daxil olub və evdə huşunu itirib.

Qonşular onun xəstəxanaya aparılarkən insult keçirdiyini və vəziyyəti ölümcül dərəcədə pisləşdiyini bildiriblər.

Xəstəxanada müalicə alan qadın iki gün sonra vəfat edib.

Qeyd edək ki, zəhərli rif xərçəngləri kimi də tanınan "şeytan xərçəngləri" Hind-Sakit okean bölgəsindəki mərcan riflərində yaşayan xərçəng növüdür.

Bu, Filippində ən zəhərli xərçəng növü hesab olunur və zəhərlənmə hallarının yarısı ölümlə nəticələnir.

Xəbər lenti