Gündəm / Dünya Bugün, 16:30

Danimarkanın Baş naziri: Avropa ABŞ, Çin və Rusiyadan asılı olmamalıdır


"Hindistan hökuməti ABŞ-dən Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və Yeni Dehli bu təklifi araşdırır".

Planetinfo.az xəbər verir ki, bu fikirləri Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval deyib.

Caysval qeyd edib ki, Hindistan Yaxın Şərqdə sülhün, sabitliyin və dialoqun təşviqi səylərini ardıcıl olaraq dəstəkləyir.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzzada sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzalayıblar.

Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanı idarə etmək üçün əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.

Xəbər lenti