Gündəm 22-02-2026, 18:11

Bu ərazilərə qar yağacaq - Xəbərdarlıq




Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Planetinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Xəbər lenti