Gündəm Bugün, 10:59

"Siti”də böyük ayrılıq iddiası



“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağı iddia olunub.
Planetinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, ispaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk etməyi planlaşdırır. Məlumata görə, klub rəhbərliyi artıq mümkün namizədlərlə bağlı ilkin müzakirələrə başlayıb. Qvardiolanın isə uzun illərdən sonra karyerasında fasilə verməyi düşündüyü qeyd edilir.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında İngiltərə təmsilçisi Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bir çox titul qazanıb.

Xəbər lenti