Gündəm 4-03-2026, 19:08

Sumqayıtda 64 yaşlı kişi güllələndi



Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnərək qətlə yetirilib.

PLANETİNFO.Az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti