Gündəm / Siyasət 4-03-2026, 23:27

Fidan onunla İranın Türkiyəyə raket atmasını müzakirə etdi



Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı İranın bu yaxınlarda Türkiyə istiqamətində ballistik raket atmasını müzakirə ediblər.

PLANETİNFO.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X"də məlumat yayıb.

Bildirilib ki, tərəflər regionda artan gərginlik ətrafında fikir mübadiləsi aparıb, davam edən hücumlar, o cümlədən Türkiyəyə qarşı son hücum cəhdi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib, gərginliyin dərhal azaldılmasını və təmkinliliyin zəruriliyini vurğulayıblar.

İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu və ölkələrin regional sülh və sabitliyin qorunması üçün səyləri əlaqələndirməyə hazır olduqlarını təsdiqləyib.

Xəbər lenti