İspaniyanın, o cümlədən İrana qarşı yönəlmiş sionist–Amerika koalisiyasının açıq-aşkar insan hüquqları pozuntularına və hərbi təcavüzünə qarşı məsuliyyətli mövqe sərgiləməsi göstərir ki, Qərbdə hələ də əxlaq və ayıq vicdan mövcuddur.
PLANETİNFO.AZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.
“Mən İspaniya rəsmilərinin tutduğu mövqeləri təqdir edirəm”, - prezident vurğulayıb.
Qeyd edək ki, daha öncə İspaniya ABŞ bazalarından istifadə etməyə icazə verməyib və İrana hücumarı dəstəkləmədiyini bəyan edib.