Ötən gün İranın yaxınlığına dron zərbəsi endirdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çingiz Babayev adına Şəkərabad kənd tam orta məktəbində tədris tam bərpa olunub.
Planetinfo.az Yeni sabah-a istinadən xəbər verir ki, bu barədə təhsil ocağından məlumat verib.
Qeyd olunub ki, martın 6-da bütün şagirdlər məktəbə gəlib, pedoqoji heyət də iş başındadır.
“Bu gün məktəbdə yüksək davamiyyət qeydə alınıb”, - Şəkərabad kənd tam orta məktəbindən bildirilib.
Məlumata görə, dünən İranın dron hücumu zamanı pilotsuz uçuş aparatlarından biri məktəbin yaxınlığına düşsə də, hər hansı dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.