Gündəm 7-03-2026, 14:54

Bir gündə narkotiklə bağlı 31 fakt müəyyən edildi




Azərbaycanda martın 6-da narkotiklə bağlı 31 fakt müəyyən edilib.

Bu barədə Planetinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 58,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Ötən gün 11 fakt isə qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı olub.

Xəbər lenti