Gündəm / Siyasət 8-03-2026, 23:17

Türkiyə Şimali Kiprə qırıcı təyyarələr yerləşdirəcək



Türkiyə Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı ədəd "F-16 Fighting Falcon" qırıcı təyyarəsi göndərəcək.

PLANETİNFO.az xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti ŞKTR-in Mülki Aviasiya İdarəsi rəisinin müavini Aşqın Meşeliyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, döyüş təyyarələri təhlükəsizlik mülahizələrinə görə martın 9-u səhər saatlarında Kiprin şimalına yerləşdiriləcək və bu manevr mülki aviasiya uçuşlarına təsir göstərməyəcək.

Xəbər lenti