Gündəm 27-03-2026, 09:35

GÜNÜN HAVASI: Güclü yağış, subasma...



Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Planetinfo.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.


Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Xəbər lenti