Gündəm 28-03-2026, 17:41

Naxçıvanda bayram günlərində 12 nəfər yeməkdən ZƏHƏRLƏNDİ



Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan MR "Yoluxucu Xəstəliklər Mərkəzindən Planetinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.

Xəbər lenti