Gündəm 29-03-2026, 16:00

Cəmil Əliyev "İstiqlal" ordeni ilə təltif edildi




Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Planetinfo.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".

Xəbər lenti