Gündəm 29-03-2026, 18:00

Bakıda bu ərazi 3 gündür istiliksiz qalıb




Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.

Planetinfo.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

"Azəristilik"dən bildirilib ki, 3 gün öncə qəza baş verib.

Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq. Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.

Xəbər lenti