Gündəm 29-03-2026, 19:00

Bakının bu ərazisi 3 gündür istiliksiz qalıb - Problem nə vaxt həll olunacaq?



Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.

Planetinfo.az bildirir ki, bu barədə Axar.az-a sakinlər məlumat verib.

“Azəristilik”dən isə bildirilib ki, 3 gün öncə qəza baş verib.

Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq.

Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.

Xəbər lenti